DİQQƏT: "WhatsApp" mesajlarınız oxuna bilər
Bir neçə ölkədə istifadəçilər "Meta" şirkətinə qarşı kollektiv iddia qaldırıblar.
Crossmedia.az bu barədə "Bloomberg"ə istinadən xəbər verir.
İddiaçılar bildirirlər ki, "Messenger" və "WhatsApp" mesajlarının tam məxfiliyi pozulur. Onların sözlərinə görə, "Meta" mesajları saxlayır, təhlil edir və işçilər bu məlumatlara daxil ola bilər.
"Meta" isə iddiaları təkzib edir, bildirir ki, "WhatsApp" başdan-başa şifrələmə ilə qorunur və şirkətin mesajlara baxmaq imkanı yoxdur. Onlar iddianı əsassız adlandırıb.
İddiaçılar isə iş materiallarında mesajlara girişin təsdiqləndiyini göstərən ifşaçılara istinad edir, lakin onların adları açıqlanmır.
20:58 25.01.2026
Oxunuş sayı: 512