Ukrayna dünyanın ən güclü orduları sırasında neçənci yerdədir?
Ukrayna dünyanın ən güclü orduları arasında 20-ci yeri tutur.
Crossmedia.az bu barədə "Global Firepower" analitiklərinin açıqladığı son reytinqə istinadən xəbər verir.
Qiymətləndirmə zamanı təkcə şəxsi heyətin və hərbi texnikanın sayı deyil, 60-dan çox meyar — o cümlədən, iqtisadi imkanlar, demoqrafik potensial, müdafiə xərcləri və infrastruktur göstəriciləri nəzərə alınıb.
Analitiklərin fikrincə, Ukrayna ordusunun əsas üstün cəhətləri qoşun sayının çoxluğu, dəniz dronlarını da əhatə edən dəniz potensialı, inkişaf etmiş dəmir yolu şəbəkəsi və müdafiəyə ayrılan xərclərdir.
Zəif tərəflər sırasında isə sualtı qayıqların və iri hərbi gəmilərin olmaması göstərilir.
Reytinq siyahısında Ukraynanın yaxın mövqelərində İspaniya, Misir, Polşa və Tayvan yer alıb. Siyahının ilk üçlüyündə isə ABŞ, Rusiya və Çin qərarlaşıb.
20:30 25.01.2026
Oxunuş sayı: 454