İdmançımız İtaliyada gümüş medal qazanıb
Azərbaycanlı beynəlxalq fiqurlu konkisürən Nərgiz Süleymanova İtaliyanın Merano şəhərində keçirilən "Merano Ice Trophy" yarışında uğurla çıxış edib.
Crossmedia.az xəbər verir ki, nəticələrə əsasən qısa və sərbəst proqram üzrə çıxış edən Nərgiz Süleymanova 10 idmançı arasında 166.39 xal toplayıb.
Təmsilçimiz bu nəticə ilə gümüş medala sahib olub.
20:00 25.01.2026
Oxunuş sayı: 462