İraqdan ŞOK AÇIQLAMA: Suriya Türkiyə və İsrailin təsiri altındadır
İraqın baş nazirliyinə namizəd Nuri əl-Maliki Suriyadakı mövcud siyasi və təhlükəsizlik vəziyyəti, eləcə də İraqda fəaliyyət göstərən silahlı qruplaşmalarla bağlı mühüm açıqlamalar verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Əl-Maliki bildirib ki, hazırda Suriya Türkiyə və İsrailin təsiri altındadır. Onun sözlərinə görə, ölkəni idarə edən struktur vaxtilə İraqda həbs olunmuş terrorçulardan ibarətdir.
İraq siyasətçisi Haşdi-Şabi və Kətaib qruplaşmalarının ləğv edilməsinin İraqın milli maraqlarına zidd olduğunu vurğulayıb. O qeyd edib ki, bu qüvvələr artıq İraq ordusunun tərkib hissəsinə çevrilib və ölkənin təhlükəsizlik sisteminin əsas sütunlarından biridir.
“Bu qrupları tərksilah etmək mümkün deyil. Onlar İraq ordusuna inteqrasiya olunublar və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayırlar”, – deyə Nuri əl-Maliki bildirib.
O, həmçinin Suriyada vaxtilə Bukka düşərgəsində saxlanılan İŞİD-in keçmiş üzvlərinin hazırda hakimiyyət strukturlarında təsirə malik olduğunu iddia edib. Əl-Malikinin sözlərinə görə, İraq İŞİD təhlükəsindən böyük ölçüdə qurtulsa da, Suriyada bu qruplaşmanın təsiri hələ də güclüdür.
Hazırda məsələ ilə bağlı Suriya tərəfi və adı çəkilən qurumlar tərəfindən rəsmi açıqlama verilməyib.
19:12 25.01.2026
Oxunuş sayı: 470