Etirazlar zamanı minə yaxın insan göz xəsarəti alıb
İranda yanvar ayında baş verən etirazlar zamanı təxminən min nəfərin göz xəsarətləri ilə xəstəxanalara müraciət etdiyi bildirilir.
Crossmedia.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Tehranda yerləşən Fərabi Göz Xəstəxanasının direktoru Qasım Fəxrayi məlumat verib.
Onun sözlərinə görə, yanvar etirazlarından bu günə qədər ümumilikdə təxminən 1000 nəfər bir və ya hər iki gözün zədələnməsi səbəbilə müalicə üçün xəstəxanaya gətirilib. Fəxrayi qeyd edib ki, açıqlanan statistikaya yalnız göz xəsarəti alan şəxslər daxildir.
Xəstəxananın baş tibb bacısı Məryəm Səbbaqi isə bildirib ki, etirazlar dövründə Fərabi Göz Xəstəxanasında bütün çarpayılar tam dolu olub. Onun sözlərinə görə, yaralıların böyük əksəriyyətini gənc kişilər təşkil edir.
18:55 25.01.2026
Oxunuş sayı: 626