Sərhəddə gərginlik: İraq qrupları Suriyanın “işğalı”nı gözləyir
İraqın müxtəlif silahlı qrupları, o cümlədən Xalq Səfərbərlik Qüvvələri (PMF), hər gün Suriya ilə sərhəd bölgələrində toplaşaraq guya Suriya ordusunun mümkün hücumunu gözlədiklərini iddia edirlər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Sosial şəbəkələrdə yayılan videolarda qrupların emosional çıxışlar etdiyi, mahnılar paylaşdığı və sərhəddə nümayiş xarakterli fəaliyyətlər göstərdiyi müşahidə olunur. Yayılan görüntülərdən birində PMF üzvü əvvəlcə TikTok platformasında Suriya ordusunu təhdid edir, daha sonra isə küçə itindən qorxaraq qaçır. Sözügedən video sosial mediada geniş müzakirələrə səbəb olub.
18:33 25.01.2026
Oxunuş sayı: 418