BƏƏ və İordaniya İrana qarşı hücuma dəstək verməyə hazır olduğunu bəyan edib
BƏƏ və İordaniya İrana dərhal hücum üçün hər cür hərbi, iqtisadi və kəşfiyyat dəstəyi verməyə hazır olduqlarını açıqlayıblar. Regiondakı digər ölkələr isə tərəddüd edir; xüsusilə Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə müdaxiləyə qarşı çıxır.
Crossmedia.az xəbər verir ki, Tramp administrasiyası daxilində Vitse-prezident J.D. Vens, Dövlət katibi Marko Rubio və Müdafiə naziri Pit Xeqset, həmçinin Böyük Britaniya, İsrail və BƏƏ dərhal hücuma çağırır və dəstəyə hazır olduqlarını bildirirlər. Digər tərəfdən, Cared Kuşner, Stiv Vitkoff, Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər hücuma qarşı çıxır.
Türkiyə ABŞ-a bildirib ki, İrana qarşı hücumda iştirak etməyəcək, lakin kürd məsələsində İrana kəşfiyyat dəstəyi verməyə davam edəcək.
17:49 25.01.2026
Oxunuş sayı: 452