ÜST Hindistanda ölümcül Nipah virusunun yayılmasına diqqət çəkib
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Hindistanda Nipah virusunun yayılmasını qeydə alıb.
Crossmedia.az xəbər verir ki, təşkilatın məlumatına görə, bu virusun yeni pandemiya potensialı var. Xəbərdarlığa əsasən, Nipah virusu yoluxanların 40–70 faizində ölümə səbəb ola bilər və ona qarşı həm peyvənd, həm də xüsusi müalicə mövcud deyil.
Məlumatda virusa yoluxmanın əsas mənbəyinin yarasalar və ya çirklənmiş meyvələr olduğu vurğulanıb.
16:41 25.01.2026
Oxunuş sayı: 474