Kreml: Qlobal siyasətdə baş verən dəyişikliklərə görə Avropanı ittiham etdi
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, hazırda dünya siyasətində müşahidə olunan dəyişikliklər uzun illər Avropada hökm sürmüş ikili standartlar və riyakarlığın birbaşa nəticəsidir.
Crossmedia.az TASS-a istinadən xəbər verir ki, Peskov bu fikirləri VGTRK jurnalisti Pavel Zarubinlə söhbətində səsləndirib. Onun sözlərinə görə, artıq yaşanmış dramatik dəyişikliklərə baxmayaraq, qlobal proseslər davam edir və bu xüsusilə Avropa dövlətlərinin siyasətində, addımlarında və reaksiyalarında aydın görünür.
Kreml nümayəndəsi vurğulayıb ki, bütün bu dəyişikliklər onilliklər boyu Avropada dominant olan ikili standartların və riyakarlığın məhsuludur. "Mövcud vəziyyət eyni zamanda hazırda Avropada hakimiyyətdə olan siyasətçi nəslinin zəifliyinin də göstəricisidir", - Peskov əlavə edib.
Türkan Kərimli
15:18 25.01.2026
Oxunuş sayı: 491