Moskva Zaporojye AES-in elektrikini paylaşmaq istəyir
Moskva Zaporojye Atom Elektrik Stansiyasından (AES) elektrik enerjisinin Rusiya və Ukrayna arasında paylanmasını təklif edir.
Crossmedia.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Nəşr bildirir ki, bu həftəki danışıqların əhəmiyyətli bir hissəsi iqtisadi məsələlərə və Zaporojye AES üzərində nəzarətə yönəlib.
Razılıq əldə olunmayıb, lakin Moskva Ukrayna və Rusiyanın stansiyanın elektrik enerjisi istehsalını bölüşməsini istəyir.
14:51 25.01.2026
Oxunuş sayı: 383