Fatimə Laricaninin qovulması sonrası İranda yeni hədəf kimdir?
İranlı sosial media istifadəçiləri ölkənin keçmiş prezidenti Məhəmməd Xatəminin qızı Leyla Xatəminin Nyu-Yorkdakı Union Kollecindən qovulması üçün kampaniya başlatdılar.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Xatırladaq ki, bu hadisə Fatimə Ərdəşir Laricani Emory Universitetindən qovulduqdan sonra baş verib.
Leyla Xatəmi 2004-cü ildən bəri İranı tərk edib. Fransa, İtaliya və ABŞ universitetlərində təhsil alaraq dərs deyir.
O, Union Kollecində Riyaziyyat kafedrasının professorudur.
Son həftələrdə İranda minlərlə insanın ölümü və genişmiqyaslı etirazlar fonunda, keçmiş prezident Məhəmməd Xatəmi etirazları böyük planlaşdırılmış sui-qəsd kimi dəyərləndirib. İsrail ilə ABŞ-nin dəstəyini işarə edib.
Bu açıqlama iranlı istifadəçilərin Xatəminin qızına qarşı kampaniyasını gücləndirib.
14:05 25.01.2026
Oxunuş sayı: 567