12 günlük müharibə: Xamenei İsrailin zərbələrini necə boşa çıxardı
İsrail kabineti 12 günlük müharibə zamanı İranda rejimin yüksək rütbəli şəxslərini və hərbiçilərini hədəf alaraq, rejimin sürətli çökəcəyinə inanırdı. Məqsəd sürətli zərbələrlə məsələyə son qoymaq və İranın cavab hücumlarını məhdudlaşdırmaq idi.
Crossmedia.az bu barədə "Haaretz"-ə istinadən xəbər verir.
İlk iki gündə bu plan uğurlu görünürdü. Lakin İran Ali dini rəhbəri Seyid Əli Xamenei sistemi qısa zamanda yeni təyinatlarla bərpa edə bildi və potensial çöküşün qarşısını aldı.
İsrail kabineti Xameneinin ehtiyat kadrlarını ciddi qəbul etməmişdi, amma onlar sistemi toparlamaqda kifayət qədər çevik davrandı.
Eyni zamanda İsrail hücumları əsasən İranın atəş qurğularını məhv etməyə yönəlmişdi ki, cavab zərbələrinin mümkünlüyünü minimuma endirsin.
Lakin İran ehtiyat qurğuları tez bir zamanda fəaliyyətə keçdi və İsrailə qarşı zərbələr endirə bildi.
İranın sürətli səfərbərliyi və cavab qabiliyyəti İsrail kabinetində sistemin gücünü yenidən qiymətləndirməyə səbəb oldu.
Hərbi kəşfiyyat AMAN hökumətə yeni hücuma tələsməməyi tövsiyə etdi, çünki İranın cavab potensialı ciddi şəkildə qalmaqdadır.
13:30 25.01.2026
Oxunuş sayı: 414