Paşinyanın səfəri aksiya ilə qarşılandı: Nə oldu, Paşinyan?
Ermənistanın Talin şəhərində Baş nazir Nikol Paşinyanın səfəri zamanı etiraz aksiyası baş tutub.
Crossmedia.az erməni kiv-nə istinadən xəbər verir ki, aksiya şəhər sakini, gənc fəal Sarkis Petrosyan tərəfindən keçirilib.
Petrosyan aksiya zamanı Paşinyan haqqında hazırlanmış və “Nə oldu, Paşinyan?” adlanan mahnını səsləndirib.
Sözügedən mahnının azərbaycanlılar tərəfindən hazırlandığı bildirilir.
Aksiyaçı jurnalistlərə açıqlamasında hökuməti sərt tənqid edib.
O bildirib ki, Paşinyanı cəmi 600 min nəfər seçib, halbuki II Qaregin 10 milyon erməninin katolikosudur və azlıq çoxluğun adından qərar verməməlidir.
Sarkis Petrosyan həmçinin qeyd edib ki, Paşinyanın səfəri öncəsi uşaq bağçaları və məktəblərin işçilərinə tədbirə qatılmaları üçün qısa müddət əvvəl SMS-lər göndərilib.
Onun sözlərinə görə, bu insanlar aşağı maaş aldıqları halda məcburi şəkildə tədbirə cəlb olunurlar.
12:21 25.01.2026
Oxunuş sayı: 500