ABŞ ordusu Yaxın Şərqdə hərbi mövcudluğunu artırır
ABŞ ordusu İsrail Müdafiə Qüvvələri ilə koordinasiya şəraitində regiona əlavə qüvvələrin köçürülməsini davam etdirir.
Yerləşdirmə zonasına müşayiətçi esmineslərlə birlikdə “Abraham Lincoln” aviadaşıyıcısı, onun aviakorpusu, həmçinin iki ABŞ sualtı qayığı daxildir.
Crossmedia.az İsrail mediasına istinadən xəbər verir ki, F-15E qırıcıları da İordaniya ərazisinə yerləşdirilib.
Hazırda Yaxın Şərqdə 100-dən çox ABŞ qırıcısı cəmləşdirilib. İrana qarşı mümkün əməliyyatlar üçün yanacaq dolduran təyyarələr və kəşfiyyat aviasiyası da hazır vəziyyətə gətirilib. ABŞ qüvvələri və müttəfiqlərinin müdafiəsi məqsədilə Patriot və THAAD daxil olmaqla, əlavə hava hücumundan müdafiə və raket əleyhinə müdafiə sistemləri yerləşdirilib.
İsrailin “Mako” saytının qiymətləndirməsinə görə, ABŞ-a yerləşdirmənin tam başa çatdırılması üçün daha bir neçə gün tələb olunacaq.
Turqut Ansari
11:53 25.01.2026
Oxunuş sayı: 432