Orbandan Trampa Qrenlandiya MESAJI - Buz parçasını öz viskisinə ata bilər
Macarıstanın Baş naziri Viktor Orban Qrenlandiyanı “bir parça buz” kimi xarakterizə edib.
Crossmedia.az Publika.az-a istinadən xəbər verir ki, bu barə "RIA Novosti" məlumat yayıb.
Onun fikrincə, ABŞ prezidenti Donald Tramp bu “buz parçasını öz viskisinə ata bilər”.
Orban, həmçinin Trampın sözləri ilə desək, “öz ömrünü başa vurmuş” NATO-ya “təpik vurduğunu” və bununla da alyansı xilas etdiyini bildirib.
“Bəlkə də o, bütün İslandiyanı - bağışlayın, Qrenlandiyanı böyük bir buz parçası kimi viskisinə atmaq istəyib. Bu mümkündür. Ola bilsin, onu ora ata bilmir, amma bu buz parçası artıq onundur və bütün bunlar NATO çərçivəsində baş verir. Hərbi baxımdan ABŞ üçün vacib olan proseslər gedir, buna əmin olmaq olar”, — Orban Macarıstanın Kapoşvar şəhərində "M1" telekanalı ilə yayımlanan tədbirdə bildirib.
"NATO özünü tükədib və uzun müddət qeyri-effektiv fəaliyyət göstərib. Lakin Trampın hakimiyyətə gəlişindən sonra alyansa üzv ölkələrin müdafiə xərcləri 3 faizdən yuxarı qaldırılıb ki, bu da Trampın qətiyyətli və vaxt itirmədən hərəkət edərək NATO-nu xilas etdiyini göstərir", - Orban vurğulayıb.
Daha əvvəl Viktor Orban Polşanın mövqeyini dəstəkləyərək, Qrenlandiyanın taleyinin Danimarka və ABŞ
11:39 25.01.2026
Oxunuş sayı: 431