Türkiyə kəşfiyyatının rəhbəri İstanbulda HƏMAS nümayəndə heyəti ilə danışıqlar aparıb
Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İstanbulda HƏMAS-ın danışıqlar üzrə qrupunun rəhbəri Xəlil əl-Həyyə və onu müşayiət edən nümayəndə heyəti ilə görüş keçirib.
Crossmedia.az məlumat verir ki, danışıqların əsas mövzusu Qəzza zolağı üzrə sülh planının ikinci mərhələsi olub. HƏMAS nümayəndələri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Ankaranın vasitəçilik səylərinə görə minnətdarlıqlarını ifadə ediblər.
Tərəflər, həmçinin regionda vəziyyətin nizamlanması ilə bağlı digər məsələlər üzrə məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər.
Turqut Ansari
11:30 25.01.2026
Oxunuş sayı: 481