İran ABŞ-ni bölgədə gərginliyin səbəbkarı sayır
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında ölkədə baş verən etirazlar və regional gərginliklə bağlı ABŞ-ni ittiham edib. Onun sözlərinə görə, Tehran heç vaxt Fars körfəzi bölgəsindən ABŞ sərhədlərinə qədər hərbi müdaxilələrə başlamayıb və istənilən təcavüzə cavab veriləcək.
Crossmedia.az xəbər verir ki, Bəqayinin sözlərinə görə, ABŞ müxtəlif bəhanələrlə İranın və region ölkələrinin daxili işlərinə qarışır və bunun nəticəsi olaraq bölgədə gərginlik yaranır.
O əlavə edib ki, İran öz təhlükəsizliyini təmin etmək və ölkəyə qarşı hər hansı hücumun qarşısını almaq üçün lazım olan bütün addımları atmağa hazırdır.
17:15 18.01.2026
Oxunuş sayı: 1797