Suriya ordusu və YPG arasında razılaşma gözlənilir
Suriya hökuməti Mazlum Abdiyə (YPG/PKK) Həsəkə vilayətinin qubernatoru postunu təklif edib. Bu təklif 12 maddədən ibarət planın tərkibində SDF-ə təqdim olunub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Plan çərçivəsində sərhəd və gömrük məntəqələrinin, neft və qaz resurslarının təhvil verilməsi, SDF üzvlərinin fərdi olaraq Suriya ordusuna inteqrasiyası və ərəb əhalisinin üstünlük təşkil etdiyi ərazilərin Fəratın şərqinə verilməsi nəzərdə tutulub.
Hökumət SDF-dən cavab gözləyir.
14:00 18.01.2026
Oxunuş sayı: 1179