ABŞ senatoru İranla qarşıdurmanı minillik sınaq adlandırdı
ABŞ senatoru Lindsi Qraham İrana qarşı mövcud qarşıdurmanı “dini müharibə” adlandıraraq bunun ideoloji və tarixi ölçülərə malik olduğunu bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Qrahamın sözlərinə görə, hazırda yaşanan qarşıdurma radikal İslam terror qruplarının ideologiyası ilə mübarizə xarakteri daşıyır. “Günün sonunda sual budur: kim qalib gələcək? Radikal İslam terrorçuları yoxsa onlara qarşı duranlar?” – deyə senator qeyd edib.
Senator həmçinin özünün hədəf alındığını açıqlayıb və radikal dairələrin onu kafir hesab edərək öldürmək istədiyini söyləyib. Qraham bildirib ki, veriləcək qərarlar Yaxın Şərqin gələcək min ilini müəyyən edə bilər və bu mərhələ region üçün həlledici və tarixi an dır.
Bundan əlavə, senator bəzi ərəb ölkələrinin Tramp administrasiyasına İrana mümkün hərbi zərbələri dayandırmaq üçün təzyiq göstərməsini sərt tənqid edib.
O, bu ölkələrin mövqeyini məyusedici adlandıraraq, onların ABŞ üçün çox da yaxşı müttəfiq olmadığını vurğulayıb.
Qraham bildirib ki, İran rejimini qorumağa yönəlmiş belə mövqe Amerikanın regiondakı maraqları və dəyərləri ilə ziddiyyət təşkil edir.
13:55 18.01.2026
Oxunuş sayı: 1186