Tramp-Zelenski danışığı ortaya çıxdı: Putinə 30 günlük ultimatum
Fransada 10 may 2025-ci il tarixli, ABŞ-nin prezidenti Donald Tramp ilə ukraynalı həmkarı Volodimir Zelenski arasında baş tutan söhbətin səs yazısı yayımlanıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bu gün Kiyevə Fransanın Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts, Avropa Şurası Prezidenti Donald Tusk və Birləşmiş Krallığın lideri Keir Starmer səfər edirmiş, Rusiya lideri Vladimir Putinə isə 30 günlük atəşkəs üçün ultimatum verilmişdi.
Söhbətdə Makron Trampa Zelenskinin atəşkəsə razı olduğunu bildirir. Trampın cavabı isə istehzalı və səthi olur:
“Təklifi qəbul etdi? Əla! Nobel mükafatı. Sən ən yaxşısan.”
Zelenski isə atəşkəs rədd ediləcəyi halda Rusiyaya sanksiyalar və təzyiq göstərilməsinin vacibliyini vurğulayır.
Lakin Tramp faktiki olaraq məsələdən yayınır və yalnız qeyd edir ki, onların razılaşacağını düşünür və Moskva ilə yaxşı danışıqlar aparır.
12:51 18.01.2026
Oxunuş sayı: 1451