Vaşinqtondan İrana mesaj: Hərbi variant masadadır
ABŞ Yaxın Şərqdə hərbi hazırlıq səviyyəsini artırır.
Crossmedia.az “The Washington Post” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, ABŞ Mərkəzi Komandanlığına qarşıdakı ay ərzində həftənin 7 günü, günün 24 saatı yüksək səviyyəli hərbi dəstəyin təmin edilməsi barədə göstəriş verilib.
Qəzet yazır ki, bu qərar regionda təhlükə səviyyəsinin azalmasının gözlənilmədiyi bir dövrdə qəbul olunub.
Eyni zamanda, “Avraham Linkoln” təyyarədaşıyan gəmisinin Yaxın Şərqə göndərilməsi Vaşinqtonun İrana qarşı mümkün hərbi variantları açıq saxladığını göstərir.
ABŞ rəsmiləri bölgədəki prosesləri yaxından izlədiklərini bildirirlər.
11:55 18.01.2026
Oxunuş sayı: 1374