Starmer: Trampın müttəfiqlərə tarif tətbiqi yanlışdır
Böyük Britaniyanın Baş naziri Keir Starmer ABŞ Prezidenti Donald Tramp Qrenlandiya mövzusundakı fikir ayrılığına görə səkkiz Avropa ölkəsinə, o cümlədən Böyük Britaniyaya tarif tətbiq etmə qərarını əsassız hesab edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Starmer bildirib ki, Qrenlandiya ilə bağlı mövqeyimiz aydındır. Belə ki, bu, Danimarkanın tərkib hissəsidir və onun gələcəyi Qrenlandiyalılar və danimarkalıların öz qərarıdır. Biz həmçinin qeyd etmişik ki, Arktika təhlükəsizliyi bütün NATO üçün önəmlidir və müttəfiqlər bu bölgədə Rusiyadan gələn təhlükəyə qarşı birgə daha çox tədbir görməlidirlər".
"NATO müttəfiqlərinin birgə təhlükəsizliyini təmin etmək məqsədilə atılan addımlara görə onlara tarif tətbiq etmək tamamilə yanlışdır. Biz əlbəttə ki, bunu ABŞ administrasiyası ilə birbaşa müzakirə edəcəyik",- deyə baş nazir vurğulayıb.
Fatimə Məmmədova
10:00 18.01.2026
Oxunuş sayı: 1154