İtaliya müdafiə naziri etiraf etdi: Ukrayna bu müharibəni uda bilməz
İtaliyanın müdafiə naziri Quido Krozetto Ukraynadakı müharibə ilə bağlı diqqətçəkən açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazirin sözlərinə görə, Ukrayna bu müharibədə qalib gələ bilməz və gələcəkdə də qalib gəlməsi mümkün deyil.
Krozetto bildirib ki, Kiyev hazırda qələbə uğrunda deyil, sadəcə ayaqda qalmaq və sağ qalmaq uğrunda mübarizə aparır.
“Ukraynanın əsl qələbəsi ondadır ki, o, indiyə qədər müqavimət göstərə bilib və hələ də dayanır,” – deyə İtaliyanın müdafiə naziri vurğulayıb.
19:53 17.01.2026
Oxunuş sayı: 1181