Paşinyan “Tramp marşrutu” modelinin sərhədlərinin genişləndiyini bildirib
TRIPP layihəsi (“Tramp marşrutu” – Sünik istiqaməti) çərçivəsində tətbiq ediləcək gömrük nəzarəti texnologiyaları respublikanın digər sərhəd-keçid məntəqələrində də istifadə olunacaq.
Crossmedia.az “Sputnik Armenia”-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Məlumata görə, Paşinyan bu açıqlamanı telekommunikasiya, İT və süni intellekt sahələrinin nümayəndələri ilə keçirilən görüş zamanı verib.
Onun sözlərinə görə, yeni texnoloji həllər təkcə quru sərhədlərində deyil, o cümlədən “Zvartnots” beynəlxalq hava limanında da tətbiq ediləcək.
Baş nazir qeyd edib ki, bu addım gömrük prosedurlarının sürətləndirilməsi, şəffaflığın artırılması və təhlükəsizliyin gücləndirilməsi məqsədi daşıyır.
Səriyyə Tağıyeva
19:00 17.01.2026
Oxunuş sayı: 1158