Xamenei etirazların "belinin qırıldığını" elan edib
İranın ali dini lideri Ayətullah Əli Xamenei ölkədə baş verən etirazların tamamilə nəzarət altına alındığını bəyan edib. Onun sözlərinə görə, hakimiyyət orqanları “etirazçıların belini qırıb” və vəziyyəti tam nəzarətə götürüb. Xamenei bildirib ki, İran xalqı “təxribatlara birliklə cavab verib” və ölkə rəhbərliyi daxili xaosa yol verməyəcək.
Crossmedia.az bu barədə "Iran International" nəşrinə istinadən xəbər verir. Ali lider itkilər və İrana dəyən zərərə görə məsuliyyəti ABŞ prezidenti üzərinə qoyub. Bununla yanaşı vurğulayıb ki, Tehran müharibə istəmir, lakin “ölkə daxilində cinayətkarlara dözməyəcək”. Xameneinin sözlərinə görə, etirazların bir çox təşkilatçıları və iştirakçıları artıq saxlanılıb.
Bu açıqlamalar nəşr yanvarın 8 və 9-da etirazçılara qarşı törədilən qətllərdə İslam İnqilabı Keşikçiləri Korpusu və İrana yaxın silahlı qruplaşmaların əsas rol oynadığını yazıb. Mənbənin iddiasına görə, zorakılığın əhəmiyyətli hissəsi xarici silahlı dəstələr — Əfqanıstanın Liva Fatemiyoun, Pakistanın Liwa Zeynabiyyun və İraqın Hashd al-Shaabi qruplaşmaları tərəfindən həyata keçirilib.
Nəşrin məlumatına görə, iki gün ərzində 12 min nəfərin öldürülməsi bu qrupların xüsusi olaraq qətllər törətmək məqsədilə göndərildiyini göstərir.
Eyni zamanda, hüquq-müdafiə təşkilatları daha fərqli rəqəmlər açıqlayaraq, kütləvi etirazlar zamanı həlak olanların ümumi sayının azı 3 090 nəfər olduğunu bildirirlər.
Sevinc Yarməmmədova
17:25 17.01.2026
Oxunuş sayı: 1586