Tramp Ərdoğanı “Sülh Şurası”na dəvət etdi
ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qəzza sektorunda yaradılacaq “Sülh Şurası”nın həmtəsisçisi olmağa dəvət edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, BMT Təhlükəsizlik Şurasının 2803 saylı qətnaməsinə əsasən ABŞ Prezidenti tərəfindən elan olunan Qəza üzrə Ümumi Sülh Planı dəstəklənib. Belə ki, bu təşəbbüs çərçivəsində Qəza sektorunda “Sülh Şurası” və digər institutlar yaradılacaq, onlar regionda təhlükəsizliyin təmin edilməsi və bərpa işlərinə cavabdeh olacaqlar.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran bildirib ki, 16 yanvar 2026-cı ildə ABŞ Prezidenti, “Sülh Şurası”nın həmtəsisçisi olaraq, Rəcəb Tayyib Ərdoğana şuranın həmtəsisçisi kimi dəvət məktubu göndərib.
Fatimə Məmmədova
17:14 17.01.2026
Oxunuş sayı: 1388