Seçki ərəfəsində Zelenski açıq və gizli təmaslara start verdi
Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdan gələn prezident seçkiləri öncəsi məşhur ictimai xadimlər və potensial rəqiblərlə görüşlərə başlayıb.
Crossmedia.az Bloomberg-ə istinadən xəbər verir.
Mənbənin bildirdiyinə görə, Andriy Yermakın vəzifəsindən getməsindən sonra bu təmaslar daha da intensivləşib.
Bu həftə Zelenski Valeriy Zalujnı, Oleksandr Kubrakov, Sergiy Pritula və Serhiy Sternenkoya müraciət edib. Təhlilçilər hesab edirlər ki, prezident bu addımı ilə həm müharibədən sonrakı mümkün kampaniya ərəfəsində mövqeyini gücləndirməyə, həm də potensial müxalifətlə əlaqələr qurmağa çalışır.
17:40 17.01.2026
Oxunuş sayı: 1583