İranda etirazlar zamanı ölənlərin sayı 3000-i ötüb
İnsan haqları fəallarının iddialarına görə, İranda baş verən etirazlar zamanı 3000-dən çox insan həyatını itirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Hüquq müdafiəçilərinin yaydığı məlumatda bildirilib ki, indiyədək 3090 ölüm faktı təsdiqlənib, onlardan 2885-i etirazçı olub.
Məlumata əsasən, son günlər Tehranda vəziyyət nisbətən sakitdir və kütləvi etiraz aksiyaları qeydə alınmayıb. Bununla belə, müşahidəçilər ölkədə gərginliyin tam aradan qalxmadığını bildirirlər.
Eyni zamanda qeyd olunur ki, təxminən 200 saatlıq fasilədən sonra internet xidməti yalnız təxminən 2 faiz səviyyəsində bərpa edilib. Hüquq müdafiəçiləri bunu real normallaşma kimi qiymətləndirmir və əhalinin informasiya əldə etmək imkanlarının hələ də ciddi şəkildə məhdud olduğunu vurğulayırlar.
Müşahidəçilərin fikrincə, açıqlanan rəqəmlər İranda baş verən hadisələrin miqyasını və humanitar vəziyyətin ciddiliyini bir daha ortaya qoyur.
17:32 17.01.2026
Oxunuş sayı: 1008