Xameneidən Trampa ağır ittiham: İran xalqına qarşı cinayət törədib
İranın ali dini lideri Əli Xamenei ABŞ prezidenti Donald Trampın siyasətini sərt tənqid edərək, onu İran xalqına qarşı törədilən itkilər və dağıntılara görə məsuliyyət daşımaqda günahlandırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Şənbə günü çıxışı zamanı Xamenei bildirib ki, ABŞ rəhbərliyinin addımları İran xalqına ciddi zərər vurub. “Biz ABŞ prezidentini İran xalqına vurduğu itkilər, tələfatlar və böhtanlara görə cinayətkar hesab edirik”, – deyə o vurğulayıb.
Xameneinin bu açıqlaması İran ilə ABŞ arasında onsuz da gərgin olan münasibətlər fonunda səsləndirilib. İran mediası qeyd edir ki, bu bəyanat Vaşinqtonun Tehrana qarşı siyasətinə cavab xarakteri daşıyır və regionda diplomatik ritorikanın daha da sərtləşdiyini göstərir.
Müşahidəçilər hesab edirlər ki, Xameneinin açıqlaması iki ölkə arasında qarşılıqlı ittihamların yeni mərhələyə keçdiyinə işarə edir.
17:12 17.01.2026
Oxunuş sayı: 1046