Rusiyaya məxsus yük daşıyan gəmi saxlanılıb
İtaliyada Rusiyaya aid metal yükü daşıyan gəmi həbs edilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Gəmi kiçik okean ada dövlətlərindən birinin bayrağı altında üzsə də, yoxlama zamanı onun Rusiyadan yola çıxdığı müəyyən edilib.
Araşdırma nəticəsində məlum olub ki, sözügedən gəmi 13–16 noyabr tarixlərində Novorossiysk limanında olub və oradan metal yüklə çıxış edib.
Həbsin səbəbi Avropa İttifaqının Ukraynada davam edən müharibə ilə əlaqədar Rusiyaya qarşı tətbiq etdiyi idxal və ixrac qadağaları ilə bağlı sanksiyalardır. İtaliya hakimiyyəti bu sanksiyaların pozulması ehtimalını əsas götürərək gəminin saxlanılması barədə qərar verib.
Hazırda məsələ ilə bağlı araşdırmalar davam etdirilir və gəminin yükünün mənşəyi, həmçinin daşınma marşrutu ətraflı şəkildə yoxlanılır.
Kübra Musayeva
15:38 17.01.2026
Oxunuş sayı: 1695