Avropanın təhlükəsizlik açarı Moskvadadır? Merzdən diqqətçəkən açıqlama
Almaniya kansleri Fridrix Merz bildirib ki, Rusiya ilə dialoq olmadan Avropada davamlı sülh və təhlükəsizliyi təmin etmək mümkün deyil.
Crossmedia.az xəbər verir ki, Merzin sözlərinə görə, Rusiya Avropanın bir hissəsi olaraq qalır və onunla münasibətlərin yenidən qurulması qaçılmazdır. Kansler vurğulayıb ki, qitədə sabitliyin və təhlükəsizliyin təmin edilməsi Avropanın ən böyük qonşularından biri olan Rusiya ilə münasibətlərdə balansın tapılmasından asılıdır.
Merz qeyd edib ki, yalnız Avropada sülhün, azadlığın və sabitliyin bərpa olunması Avropa İttifaqına və Almaniyaya yeni çağırışlara qarşı dayanıqlı olmağa imkan verəcək. Onun fikrincə, bu amil xüsusilə 2026-cı ildən sonrakı dövr üçün strateji əhəmiyyət daşıyır.
Almaniya kansleri əlavə edib ki, Avropanın gələcəyə inamla baxması üçün qarşıdurma deyil, dialoq və qarşılıqlı anlaşma əsas prioritet olmalıdır.
Türkan Kərimli
15:29 17.01.2026
Oxunuş sayı: 1828