Amerikalı rəsmilər iranlı nazirlə görüşməkdən imtina edib
ABŞ Prezidenti Donald Tramp Administrasiyasının nümayəndələri İranın xarici işlər naziri Abbas Əraqçının Davosda amerikalı rəsmilərlə görüşmək təşəbbüsünü qəbul etməyib.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Nəşrin ərəb və Avropa mənbələrinə istinadən verdiyi xəbərə görə, İranın xarici işlər naziri Davosda keçiriləcək Dünya İqtisadi Forumu ərəfəsində ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla bir neçə dəfə görüş təşkil etməyə cəhd göstərib. Lakin ABŞ tərəfi bu müraciətləri rədd edib.
Məlumata görə, görüş təşəbbüsü ABŞ rəsmilərinin İranda artan daxili gərginlik və etirazlara cavab variantlarını paralel şəkildə müzakirə etdiyi bir dövrdə irəli sürülüb. Vaşinqton həmin vaxt belə bir görüşün planlaşdırılmadığını və gündəmdə olmadığını bildirib.
Qeyd edək ki, 2026-cı il Dünya İqtisadi Forumu 19–23 yanvar tarixlərində İsveçrənin Davos şəhərində keçiriləcək.
Kübra Musayeva
12:49 17.01.2026
Oxunuş sayı: 1366