Regional gərginlik pik həddə: Mossad direktoru ABŞ-yə getdi
İsrailin kəşfiyyat xidməti Mossadın direktoru Devid Barnea İranla bağlı məsləhətləşmələr aparmaq məqsədilə cümə günü ABŞ-yə səfər edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.
Səfər İranda baş verən etirazlar və ABŞ-nin mümkün hərbi əməliyyatları fonunda həyata keçirilir.
Bildirilir ki, səfər çərçivəsində Devid Barneanın İranın xarici işlər naziri Abbas Əraqçı ilə əlaqə saxlayan ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşü gözlənilir.
Məlumata görə, görüşlərdə İran ətrafında yaranmış regional təhlükəsizlik vəziyyəti, diplomatik kanallar və mümkün ssenarilər müzakirə olunacaq.
Kübra Musayeva
12:22 17.01.2026
Oxunuş sayı: 1285