Tramp İran hakimiyyətinə təşəkkür edib
ABŞ Prezidenti Donald Tramp İran hakimiyyətinin bir gün əvvəl planlaşdırılan bütün edam hökmlərini ləğv etdiyini açıqlayıb. Onun sözlərinə görə, ləğv edilən edamların sayı 800 nəfəri keçib.
Crossmedia.az xəbər verir ki, Tramp bu barədə Truth Social sosial şəbəkəsində paylaşım edib. O, İran rəhbərliyinin bu qərarına böyük hörmətlə yanaşdığını bildirib və edamların dayandırılmasına görə minnətdarlığını ifadə edib.
ABŞ prezidentinin açıqlaması beynəlxalq ictimaiyyətdə insan hüquqları mövzusunda müzakirələr fonunda diqqət çəkib. Tramp qeyd edib ki, bu addım humanitar baxımdan mühüm qərardır və müsbət qiymətləndirilməlidir.
Kübra Musayeva
12:16 17.01.2026
Oxunuş sayı: 1386