ABŞ maskanı atdı: Açıq müdaxiləyə keçdi
Suriyanın Hələb şəhərində ABŞ tərəfindən dəstəklənən vəkil silahlı qüvvələrin ciddi itkilər verməsindən sonra Vaşinqtonun münaqişəyə birbaşa müdaxilə etdiyi bildirilir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Suriya Ordusu SDQ ilə birgə hərəkət edən PKK silahlı qrupları və devrilmiş rejimin qalıqlarının istifadə etdiyi Deyr Hafer bölgəsində əvvəlcədən müəyyən edilmiş mövqelərə zərbələrin başlandığını elan edib.
Rəsmi açıqlamada bildirilib ki, sözügedən mövqelər Hələb istiqamətində İran istehsalı olan əldəqayırma pilotsuz uçuş aparatlarının buraxılması üçün hərbi baza kimi istifadə olunub. Həmin obyektlərin, eyni zamanda, vilayətin şərq hissəsinin atəşə tutulmasında və mülki əhalinin təxliyyəsinin qarşısının alınmasında rol oynadığı vurğulanıb.
Bu hadisələrin fonunda ABŞ ordusu dəstəklədiyi silahlı qrupların Hələbdə iki məhəlləni itirməsindən sonra rəsmi şəkildə müdaxilə edib. Məlumata görə, ABŞ hərbi bölmələri YPG/PKK qüvvələrini qorumaq və mövqelərini sabitləşdirmək məqsədilə Deyr Hafer bölgəsinə yerləşdirilib.
Analitiklər bu addımı ABŞ-nin Suriyanın şimalında hərbi-siyasi mövcudluğunu qorumaq və müttəfiq qüvvələrin mövqelərinin zəifləməsinin qarşısını almaq cəhdi kimi qiymətləndirirlər.
Kübra Musayeva
11:10 17.01.2026
Oxunuş sayı: 1673