Ağ Ev Qəzza Sülh Şurasının tərkibini AÇIQLADI
Ağ Ev Qəzza ilə bağlı proseslərin koordinasiyası məqsədilə yaradılan Qəzza Sülh Şurasının tərkibini rəsmən elan edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Şuraya ABŞ və beynəlxalq arenada tanınmış siyasi, maliyyə və təhlükəsizlik fiqurları daxil edilib. Şuranın tərkibi belədir:
-
ABŞ dövlət katibi Marko Rubio;
-
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff;
-
Donald Trampın kürəkəni, iş adamı Cared Kuşner;
-
Böyük Britaniyanın sabiq baş naziri Tony Blair;
-
Amerikalı milyarder, Apollo Global Management investisiya şirkətinin baş direktoru Mark Rovan;
-
Dünya Bankının prezidenti Ajay Banga;
-
ABŞ Milli Təhlükəsizlik Müşavirinin müavini Robert Gabriel.
Bildirilib ki, Şuranın əsas məqsədi Qəzzada sülh təşəbbüslərinin hazırlanması, təhlükəsizlik və bərpa məsələləri üzrə beynəlxalq səylərin əlaqələndirilməsidir. Şuranın yaxın dövrdə ilk iclasını keçirməsi gözlənilir.
Kübra Musayeva
09:37 17.01.2026
Oxunuş sayı: 1360