ABŞ NATO üzvlüyündən çıxa bilər
NATO-nun sabiq baş katibi Yens Stoltenberq ABŞ-nin alyansdan çıxa biləcəyi ehtimalını istisna etmədiyini bildirib.
Crossmedia.az-ın məlumatına görə, o, Almaniyanın "Der Spiegel" jurnalına verdiyi müsahibədə deyib ki, beynəlxalq siyasətdə heç nə dəyişməz deyil. “Heç nə sabit deyil, hər şey dəyişə bilər. Mən ABŞ-nin NATO-da qalacağına söz verə bilmərəm”, – deyə Stoltenberq vurğulayıb.
Sabiq baş katib, həmçinin Qrenlandiya ətrafında yaranmış vəziyyətə toxunaraq Vaşinqtonun planlarının ciddiyə alınmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, ABŞ-nin regionla bağlı niyyətlərini qiymətləndirməmək təhlükəli nəticələrə yol aça bilər.
Stoltenberqin bu açıqlamaları ABŞ-nin NATO daxilində gələcək rolu ilə bağlı müzakirələrin yenidən gündəmə gəlməsinə səbəb olub.
Kübra Musayeva
09:54 17.01.2026
Oxunuş sayı: 1184