ABŞ amili Braziliyanı hərəkətə keçirdi: Ordu silahlanmanı genişləndirir
Braziliyanın quru qoşunları ölkənin hava hücumundan müdafiə sistemlərinin sürətlə gücləndirilməsini və milli pilotsuz uçuş aparatları (PUA) parkının yaradılmasını zəruri hesab edir.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media yazıb.
Bildirilib ki, ABŞ-nin Venesuelaya qarşı aqressiyasından sonra Braziliya Prezidenti Luis İnasio Lula da Silva silahlı qüvvələrin rəhbərliyi ilə görüş keçirib. Görüş zamanı Braziliya ordusunun komandanı orta və uzaqmənzilli hava hücumundan müdafiə sistemlərinin yenilənməsinin, helikopter parkının modernləşdirilməsinin, həmçinin kəşfiyyat və zərbə məqsədli dronların alınmasının vacibliyini vurğulayıb.
Eyni zamanda, Braziliyanın müdafiə naziri Joze Musiu Monteyru bildirib ki, hazırda Venesuela ilə sərhəddə, Amazon bölgəsində təxminən 10 min hərbçi təhlükəsizliyi təmin edir. Nazir əlavə edib ki, yeni təhdidlər fonunda qoşunların texniki təchizatı yenidən qiymətləndirilməlidir.
Fatimə Məmmədova
09:38 17.01.2026
Oxunuş sayı: 1273