General Trampı Qrenlandiya ilə bağlı yalan danışmaqda ittiham edib
Qrenlandiya ətrafında heç bir Çin və ya Rusiya gəmisi müşahidə olunmayıb.
Crossmedia.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə Danimarkanın Birləşmiş Arktik Komandanlığının rəhbəri general Soren Andersen deyib.
Andersen əlavə edib ki, ABŞ-ni bu il adada planlaşdırılan təlimlərə dəvət edib, lakin amerikalılar hələ qatılacaqlarını təsdiqləməyib.
Bu açıqlama ABŞ prezidenti Donald Trampın Qrenlandiyanın “Rus və Çin gəmiləri ilə dolu olduğu” iddialarını təkzib edir.
22:40 16.01.2026
Oxunuş sayı: 1087