Erməni ekspertlər Türkiyənin seçkiqabağı kampaniyada Paşinyana dəstək verdiklərini düşünürlər
Türkiyənin xarici işlər naziri Hakan Fidanın açıqlamaları təkcə Ermənistanın daxili siyasətinə maraq deyil, həm də müdaxilə meyli yaradır.
Crossmedia.az "Sputnik Armenia"-ya isinadən xəbər verir ki, bunu Türkoloq və Yerevan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı Ruben Melkonyan deyib.
Melkonyan hesab edir ki,Ermənistanın Baş naziri Nikol Paşinyanın siyasəti Türkiyə nazirinin düşündüyü kimi konstruktiv deyil, məğlubiyyətçi xarakter daşıyır.
Politoloq Suren Surenyants isə Türkiyə xarici işlər nazirinin verdiyi mesajları Ermənistanda seçkilər ərəfəsində istifadə edilə biləcək açıq siyasi siqnal olduğunu bildirir.
Onun fikrincə, H.Fidanın dedikləri neytral müşahidə deyil, həm də müəyyən namizədə dəstək kimi görünən açıq siyasi mövqedir.
Qeyd edək ki, H.Fidan daha əvvəl Paşinyanın hazırda rəy sorğularında liderlik etdiyini və onun oynadığı konstruktiv rolu dəstəklədiklərini bildirmişdi.
22:10 16.01.2026
Oxunuş sayı: 1215