Trampdan açıqlama: ABŞ Qrenlandiya iddialarını dəstəkləməyən ölkələrə rüsum tətbiq edə bilər
ABŞ Prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı mövqeyini bir daha açıqlayıb. O bildirib ki, ABŞ-nin Qrenlandiyaya dair iddialarını qəbul etməyən ölkələrə qarşı iqtisadi rüsumlar tətbiq oluna bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“Qrenlandiya bizim üçün milli təhlükəsizlik baxımından vacibdir. Ona görə də bu addımı ata bilərəm”, – Tramp qeyd edib.
O vurğulayıb ki, Vaşinqton Qrenlandiyanın strateji əhəmiyyətini nəzərə alaraq bu məsələni milli maraqlar çərçivəsində qiymətləndirir.
Fatimə Məmmədova
21:26 16.01.2026
Oxunuş sayı: 1366