Brijit Makron xeyriyyə kampaniyasına DJ pultu arxasında start verib
Fransa Prezidentinin xanımı Brijit Makron qeyri-adi addımı ilə diqqət çəkib. O, xeyriyyə kampaniyasının açılışı çərçivəsində DJ pultu arxasına keçərək tədbirə rəsmi start verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, aksiyanın məqsədi sosial layihələr üçün vəsait toplamaq və ictimaiyyətin diqqətini xeyriyyə fəaliyyətinə cəlb etməkdir. Brijit Makronun musiqi seçimi və səhnədəki çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və kampaniyanın mesajının daha geniş auditoriyaya çatmasına töhfə verib.
Rəsmi dairələr bildirir ki, bu cür simvolik və qeyri-ənənəvi addımlar xeyriyyə təşəbbüslərinə diqqəti artırmaqla yanaşı, cəmiyyətin müxtəlif təbəqələrini bir araya gətirmək baxımından da əhəmiyyətlidir.
Sevinc Yarməmmədova
21:21 16.01.2026
Oxunuş sayı: 1082