İsrail ABŞ ilə süni intellekt üzrə birgə bəyannamə imzalayan ilk ölkə olub
İsrail süni intellekt sahəsində ABŞ ilə birgə bəyannamə imzalayan ilk ölkə kimi tarixə düşüb. Sənəd tərəflər arasında süni intellekt texnologiyalarının təhlükəsiz, etik və məsuliyyətli şəkildə inkişaf etdirilməsi üzrə əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Birgə bəyannamədə innovasiya, kibertəhlükəsizlik, müdafiə texnologiyaları, dövlət idarəçiliyində süni intellektin tətbiqi və tənzimləyici mexanizmlərin uyğunlaşdırılması əsas prioritetlər kimi göstərilir.
Tərəflər, həmçinin, süni intellektin hərbi və mülki sahələrdə istifadəsi zamanı beynəlxalq normalara riayət olunmasının vacibliyini vurğulayıblar.
Rəsmi açıqlamalara görə, bu addım ABŞ–İsrail strateji tərəfdaşlığını texnoloji müstəvidə daha da gücləndirəcək və digər müttəfiq ölkələr üçün də nümunə rolunu oynaya bilər.
Ekspertlər hesab edir ki, bəyannamə qlobal süni intellekt siyasətinin formalaşmasında yeni mərhələnin başlanğıcıdır.
Sevinc Yarməmmədova
21:07 16.01.2026
Oxunuş sayı: 1413