BƏƏ-yə qarşı hərəkət: Səudiyyə Somali və Misirlə ittifaq qurur
Səudiyyə Ərəbistanı BƏƏ-nin regional təsirini məhdudlaşdırmaq üçün Somali və Misirlə hərbi koalisiya müqaviləsini yekunlaşdırır.
Crossmedia.az Bloomberg-ə istinadən xəbər verir.
Somali prezidenti Həsən Şeyx Məhəmmədin Qırmızı dəniz təhlükəsizliyi və daha geniş hərbi əməkdaşlığa yönəlmiş müqaviləni tamamlamaq üçün tezliklə Səudiyyə Ərəbistanına səfər etməsi gözlənilir.
Səudiyyə rəsmiləri iki OPEC+ üzvü arasında artan gərginlik fonunda Somalini BƏƏ ilə əlaqələrini azaltmağa təşviq ediblər.
20:06 16.01.2026
Oxunuş sayı: 1137