Rusiyadan maliyyə dəstəyi: İran yeni PUA hazırlayır
Sızan məxfi məlumatlara görə, İran birbaşa Rusiya dəstəyi ilə reaktiv mühərrikli yeni pilotsuz uçuş aparatı (PUA) üzərində işləyir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Məlumatlarda bildirilir ki, bu layihə İranın “Shaheed” tipli PUA-larla yaratdığı hərbi təsirin davamıdır.
Hərbi ekspertlər qeyd edirlər ki, yeni reaktiv PUA yüksək sürətə, uzun uçuş məsafəsinə və geniş zərbə imkanlarına malik olacaq.
Bu İran–Rusiya əməkdaşlığının daha da dərinləşdiyini və regional təhlükəsizlik balansına təsir göstərə biləcək yeni mərhələyə keçid deməkdir
19:00 16.01.2026
Oxunuş sayı: 1149