İran tam informasiya blokadasında: ABŞ-dən açıqlama
İranda internetin kəsilməsi artıq ikinci həftədir davam edir və bu addım ölkə rəhbərliyinin zorakı repressiyaları gizlətmək cəhdi kimi qiymətləndirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti açıqlama verib.
Qurumun X sosial şəbəkəsində bildirilib ki, İslam Respublikası rejimi 190 saatdan artıqdır İran xalqını xarici dünya ilə əlaqədən şüurlu şəkildə məhrum edib.
ABŞ Dövlət Departamenti vurğulayıb ki, senzura insanların azadlıq uğrunda səslərini susdura bilməz və rejimin zorakı hərəkətlərini gizlətməyə qadir deyil.
18:26 16.01.2026
Oxunuş sayı: 1305