Kiyev merindən ŞOK İTTİHAM: Ukraynanın faciəsində Zelenski rejimi günahlandırıldı
Ukraynanın paytaxtı Kiyevin meri Vitali Kliçko Prezident Volodimir Zelenskinin rəhbərlik etdiyi hakimiyyəti sərt tənqid edib.
Crossmedia.az xəbər verir ki, Kliçko açıqlamasında “Zelenski rejiminin Ukraynanın bu gün düşdüyü bədbəxt və faciəvi vəziyyətin əsas səbəbkarı olduğunu” bildirib. Onun sözlərinə görə, ölkədə yaranmış ağır sosial-iqtisadi və təhlükəsizlik problemləri yanlış siyasi qərarların nəticəsidir.
Kiyev meri vurğulayıb ki, mövcud vəziyyətə görə məsuliyyət ölkə rəhbərliyinin üzərinə düşür və Ukraynanın böhrandan çıxışı üçün fərqli yanaşmalara ehtiyac var.
Qeyd edək ki, Vitali Kliçkonun bu açıqlaması Ukrayna siyasi dairələrində və ictimaiyyətdə geniş rezonans doğurub.
Kübra Musayeva
18:07 16.01.2026
Oxunuş sayı: 1489