Ermənistan İrana qarşı düşmənçilik etməyəcək – Simonyan
Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan İrana qarşı hər hansı düşmənçilik hərəkətləri planlaşdırılmadığını və olmayacağını açıqlayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu açıqlamanı İranda səfir Halil Şirgolaminin Ermənistanın bölgədə düşmən qüvvələrin platformasına çevriləcəyi barədə dediklərinə cavab olaraq verib.
Simonyan qeyd edib ki, TRIPP layihəsi bütün region ölkələri, o cümlədən İran üçün əlavə imkanlar yarada bilər və İranın daxili vəziyyəti stabilləşdikcə səsləndirilən narahatlıqların əsassız olduğu aydın olacaq.
Spiker həmçinin İrana sərhəd məsələsinə toxunaraq, ABŞ-nin hipotetik hərəkətləri üçün niyə məhz Ermənistanla 23 kilometrlik sərhədin nəzərə alındığını soruşub və Ermənistan hökumətinin rəsmi Tehrana açıqlama verməyə davam edəcəyini vurğulayıb.
16:51 16.01.2026
Oxunuş sayı: 1241