Rusiyalı ekspertdən qalmaqallı AÇIQLAMA: Müsəlman uşaqların dini dəyişdirilməlidir
Rusiyalı dini ekspert Roman Silantyev Suriya və İraq bölgələrinə gedən rusiyalı müsəlman uşaqların xristian olaraq böyüdülməsi barədə təklif irəli sürüb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Onun sözlərinə görə, 2010-cu illərdə həmin ölkələrə yollanan ailələrin ataları öldürülüb, anaları isə bir çox hallarda Yaxın Şərqdə həbsdədir.
Silantyev bildirib ki, uşaqların dini dəyişmədən Rusiyada gələcəyi yoxdur və dövlət üçün onların geri qaytarılmasının zəruriliyi şübhə altındadır. Onun fikrincə, belə bir addım uşaqların təhlükəsizliyi və inteqrasiyası üçün vacibdir.
Ekspertin bu açıqlaması ölkədə və beynəlxalq ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub.
Qeyd edək ki, insan haqları müdafiəçiləri və hüquq ekspertləri bu təklifin uşaqların hüquqlarına və dini azadlığa zidd olduğunu bildiriblər.
16:32 16.01.2026
Oxunuş sayı: 1161