SON DƏQİQƏ: Helikopter təxliyyə zamanı qəzaya uğrayıb
İsrail hərbçilərinin təxliyə əməliyyatı zamanı çoxsaylı funksiyalara malik “Yanshuf” (“Sova”) helikopteri qəzaya uğrayıb. Helikopter İsrailin Amerikan UH-60 Black Hawk modelinin modifikasiyasıdır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Hadisənin dəqiq səbəbləri hələ açıqlanmayıb, lakin ilkin məlumatlara görə, qəza zamanı helikopterin hava əməliyyatı həyata keçirərkən texniki və ya iqlim şəraiti ilə bağlı problem yaşanıb. Mənbələr bildirir ki, qəza nəticəsində xəsarət alanlar var və xilasetmə əməliyyatları davam edir.
İsrail hərbi rəhbərliyi qəzaya səbəb olan amillərin araşdırılacağını və zəruri tədbirlərin görüləcəyini açıqlayıb. Helikopterin qəzası regionda təhlükəsizlik və təxliyə əməliyyatlarına təsir edə bilər.
Sevinc Yarməmmədova
16:20 16.01.2026
Oxunuş sayı: 1103